C. Okt 18th, 2019

Putini təhqir edən jurnalistlə bağlı gözlənilməz QƏRAR

Gürcüstan Baş Prokurorluğu Rusiya Prezidenti Vladimir Putini təhqir edən gürcü jurnalist Georgi Qabuniyanın dindirilməsi ilə bağlı qərar çıxarıb.

Turkustan.info xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Bildirilib ki, jurnalist “Rustavi 2”nin hüquqi mənafeyinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, həmçinin vəzifə səlahiyyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsait mənimsəmə ilə bağlı aparılan istintaq çərçivəsində prokurorluğa çağırılacaq.

Qabuniya okyabrın 7-də ifadə verəcək.  /Axar.az/

Paylaş: