Bz. Dek 15th, 2019

Sumqayıt kitabxanalarında Sumqayıtın 70 illiyi ilə əlaqədar yazarlar və ağsaqqallarla görüşlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə S.Vurğun adına Mərkəzi kitabxanada Əməkdar mədəniyyət işçisi, tanınmış publisist-şair Əşrəf Veysəlli və AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin ilə görüş keçirilib. Görüşdə SDU-nun tələbələri, kitabxananın oxucuları iştirak edib. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Yeganə Əhmədova açaraq Əşrəf Veysəlli və Gülnarə Cəmaləddinin yaradıcılığı haqqında oxucuları məlumatlandırıb. Sonra kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Əşrəf Veysəlli – 80” biblioqrafik göstəricisi şairə təqdim olunub. Tədbirdə SDU-nun tələbələrinin ifasında şairlərin şeirlərindən nümunələr dinlənilib. Daha sonra şairlər çıxış edib, yeni şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıblar.

Nizami Gəncəvi adına Kitabxana Klubun nəzdində fəaliyyət göstərən, “Veteran” klubunun üzvlərinin iştirakı ilə “Sumqayıt- yaşıdım mənim” adlı dəyirmi masa keçirilib.Tədbirirdə kitabxanaçı Dilarə Ağakişiyeva şəhərin 70 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışaraq, Sumqayıtın tarixi haqqında geniş məlumat verib. Sonra tədbir iştirakçıları Elxan Kərimov, Allahverdi Şərifov, Qətibə Səfərova, Şahin Əliyev və başqaları doğma şəhərin inkişafından, ictimai həyatından söz açıblar.  Daha sonra Nizami Gəncəvi adına Kitabxana Klubunun müdiri Zərnigar Babayeva, AYB-Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin,  KİV nümayəndələri Aynurə Ulduz, Miraslan Rasim, Şahin Qəribin mövzu ilə əlaqədar fikirləri dinlənilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Paylaş: