30 Noyabr 2020 00:01

Ümumtürk diasporu hərəkatı yaradılır

“Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də diaspor fəaliyyətinin ayrı-ayrı dövlətlərin xarici siyasətində aparıcı qüvvəyə çevrilməsidir. Artıq, diasporlar beynəlxalq gücə, qlobal səviyyədə milli və dövlətçilik maraqlarının əsas müdafiəçisinə çevrilməkdədir. Təbii ki, belə bir dövrdə dövlətlərarası dostluqların diaspor təşkilatları arasında da formalaşdırılması günümüzün reallığından irəli gələn bir zərurətdir”.
Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-ın Nyu-York şəhərində keçirilmiş Türkdilli Diasporların I Potensial artırma Təlim Proqramı barədə danışarkən deyib.
Komitə sədrinin sözlərinə görə, betcup
Azərbaycanın diaspor tarixində bir ilk olan bu proqramın başlıca məqsədi türkdilli ölkələrin diasporlarının birgə fəaliyyətinə nail olmaq, onların bütün dünyada bərabər fəaliyyət imkanlarını gerçəkləşdirməkdir.

“Tarixə nəzər saldıqda, aydın olur ki, türk dünyasının birliyi ideyası yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımlar atılıb. Türk dünyasının iki böyük liderinin – Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətləri danılmazdır. Bu gün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Biz bir millət, iki dövlətik” kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyinin əyani təsdiqidir”.


Fuad Muradov deyib ki, istər Azərbaycan Respublikası, istərsə də ayrı-ayrı dövlət və qeyri-dövlət qurumları tərəfindən türksoylu xalqların birliyi istiqamətində çoxsaylı layihələr həyata keçirilir:
betmatik açılmıyor

“Xüsusilə, Heydər Əliyev Fondu tərəfindən ortaq layihələrin reallaşdırılması, ortaq mədəni dəyərlərin paylaşılmasına xidmət edən tədbirlərin təşkili də, məhz türk dünyasının birliyinə xidmət edir. Hələ 2011-ci ildə, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) tərəfindən 15-ci “Türk dünyasına xidmət” mükafatının Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təqdim edilməsi bunu bir daha təsdiq edir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türk birliyinin güclənməsi istiqamətin gördüyü mühüm işlərə toxunan komitə sədri ölkə başçısının Qazaxıstana, Özbəkistana, xüsusilə Türkiyəyə davamlı rəsmi səfərlərinə də diqqət çəkib:
“Cənab İlham Əliyev bu sahədə də öz siyasi enerjisini əsirgəmir, türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının qlobal dünyada özünəməxsus yerini tutması uğrunda bütün mümkün addımları atır”.

2009-cu ildə Naxçıvan Sazişi ilə retrobet üyelik
quruluan Türk Şurasının önəmindən danışan Fuad Muradov bildirib ki, dövlət başçıları səviyyəsində yüksək dostluq münasibətləri ölkələr və xalqlar arasında mövcud bağları daha da möhkəmləndirir, bütün sahələrdə birgə fəaliyyətə stimul verir. O, nümunə olaraq 2006-cı ilin sentyabrında Antalyada Türkdilli Dövlətlərin və Topluluqların Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını, 2007-ci ilin martın 9-da Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin, 2013-cü il iyunun 21-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunu da xatırladıb.

F.Muradovun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi türkdilli dövlətlərin diaspor fəaliyyətlərinin əlaqələndirilməsi, türk dünyasının birləşmiş diaspor hərəkatının formalaşması istiqamətində ardıcıl işlər görür.

“Dövlət Komitəsi olaraq, dövlətimizin siyasətinə və dövlət başçısının tapşırıqlarına uyğun olaraq, dünya azərbaycanlılarının şəbəkələşməsi, Türk dünyası birliyinin möhkəmləndirilməsi üçün bütün mümkün olanları edirik və bu işlər ardıcıl şəkildə aparılır”.

F.Muradov qeyd edib ki, Dövlət Komitəsinin təşkilatçılığı bu il 28 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində keçirilmiş Türkdilli Diasporların I Potensial artırma Təlim Proqramında bütün dünyada türkdilli diasporların bir araya gətirilməsi məsələsi müzakirə edilib.
“Həmin toplantıda dünyada milyonlarla türkdilli diasporun mövcud olduğu, onların xüsusilə ABŞ kimi böyük lobbiçilik ölkəsində daha iri layihələr həyata keçirmək imkanlarına malik olduqları vurğulanıb. Gələcək əməkdaşlığın daha da gücləndirilməsi, ümumtürk diasporunun formalaşdırılmasına dəstək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ənənəvi keçirilən yay düşərgələrinin və müxtəlif ölkələrdə açılan həftəsonu məktəblərinin əhəmiyyəti xüsusi qeyd edilib. Tədbirdə Dövlət Komitəsinin türkdilli dövlətlərin diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması barədə təklifi də böyük maraqla qarşılanıb.

Yekun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən işlənib hazırlanmış “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilib və gələcək fəaliyyətin Yol Xəritəsinə uyğun qurulması ilə bağlı razılığa gəlinib”.

Komitə sədri bildirib ki, Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş Dövlət Komitəsi, artıq ümumtürk diasporu şəbəkəsinin formalaşdırılması istiqamətində addımlar atmaqdadır:
“Müasir dövrdə, dünyada ikili yanaşmaların hökm sürdüyü bir zamanda Qarabağ həqiqətlərinin, torpaqlarımızın işğal edilməsi ilə bağlı informasiyaların daha tutarlı və ucadan səsləndirilməsi çox mümühm əhəmiyyət kəsb edir. Ümid etmək olar ki, ümumtürk diaspor hərəkatının formalaşdırılması ən qısa zamanda bu istiqamətdə öz bəhrəsini verəcəkdir.

Ümumtürk diasporu zamanın tələbidir. Ona görə ki, ölkə başçısı möhtərəm cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər””. (modern.az)

Paylaş: