C. Okt 18th, 2019

Ərdoğan orduya ƏMR VERDİ: “Söz bitdi, hərəkətə keçirik” – KRİTİK GƏLİŞMƏ

“Artıq danışmayacağıq, hazırlığımızı başa çatdırdıq, hərəkət planımız hazırdır, lazım olan təlimatı verdik. Bu müzakirələri bir daha başlamamaq üzrə bağlayırıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada planlaşdırılan hərbi əməliyyatlar barədə danışarkən deyib.

Ərdoğan türk ordusunun Fərat çayının şərq sahillərində terror təşkilatlarının mövqelərinə qarşı hərbi əməliyyata başlayacağını açıqlayıb:

“Ölkəmizi terror təşkilatından uzaq tutmaq üçün dayanmadan üzümüzə gülən və söz oyunu oynayanlara demək istəyirik ki, artıq söz bitdi. Şərqi Fəratla bağlı müzakirə apardığımız tərəflərə bütün sözü dedik, kifayət qədər də səbirli olduq. Quruda patrul xidməti aparmaq, havada patrul xidməti aparmaq – bunların hamısı nağıldır.

Hazırlığımızı tamamladıq və lazım olan təlimatı verdik. Qərar verilən plan bəlkə bu gün, bəlkə də sabah həyata keçiriləcək. Bu əməliyyatları həm havadan, həm də qurudan keçirəcəyik. Məqsədimiz bölgədə sabitlik yaratmaqdır”. (teleqraf.com)

Paylaş: