03 Dekabr 2020 14:59

Məhəmməd Şəhriyarın oğlu qəzaya düşdü – komadadır

Azərbaycanın görkəmli şairi Məhəmməd Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar avtomobil qəzasına düşüb.

Bu barədə məlumatı sosial şəbəkə hesabından şair-yazıçı Sayman Aruz paylaşıb.

Onun sözlərinə görə, hadisə dünən axşam saat 23:15 radələrində Təbrizin 17 Şəhriver küçəsində baş verib. H.Şəhriyar küçəni keçmək istəyərkən onu avtomobil vurub.

“Əlimizdə olan məlumata görə Hadi Şəhriyar koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”. (axar.az)

Paylaş: