Ca. Okt 24th, 2019

Qayınata gəlinini… – Azərbaycanda HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRƏCƏK olay

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Turkustan.info “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib.

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Paylaş: