Be. Okt 21st, 2019

Azərbaycanda halal internet xidməti göstəriləcək – VİDEO

Azərbaycanda fəaliyyət göstərən internet provayderləri “halal internet” xidməti göstərəcəklər.

Bu barədə 1 yavnar 2020-ci il tarixdə qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda öz əksini tapıb.

İnformasiya Komunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüzün sözlərinə görə, sözügedən qanuna uyğun olaraq “Telekommunikasiya haqqında” qanuna da əlavələr edilib.

Bu əlavəyə görə hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.Yəni bütün provayderlər , təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir.

Osman Gündüz deyib ki, əgər valideyn halal internet istəyirsə provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq.Bu məqsədlə provayderlər öz sistemlərində filtrasiya (süzgəc) sistemi qurmalıdırlar. Hazırda isə yalnız ölkənin təhsil sistemində bu tip süzgəc sistemi fəaliyyət göstərir.

Ekspert bildirib ki, əgər sistemin qurulmasını provayderlər özləri həyata keçirirlərsə, bu zaman internetin qiyməti arta bilər. Qanunvericilikdə əksini tapan digər bir məsələ isə yanvarın 1-dən televiziya kanallarında yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsi ilə bağlıdır. Eyni zamanda , adıçəkilən qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməyə hazır olmalıdırlar.

Turkustan.info Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Paylaş: