Be. Okt 14th, 2019

Mirsəyyaf Zamanlının 70 illik yubileyi qeyd olunub – FOTOLAR

Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən Mədəniyyət sarayında, Kəlbəcər rayon İcra Hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar müəllim, şair-publisist Mirsəyyaf Zamanlının 70 illik yubileyi keçirilib. Tədbirdə rayon İca Hakimiyyətinin başçısı Aqil Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.
Əvvəlcə “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məcisin deputatı Cavid Qurbanovun yubiliyara təbrik məktubu oxunub. Sonra çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov yubilyarı və tədbir iştirakçılarını İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Şəmşiroğlunun adından salamlayıb, Mirsəyyaf Zamanlıya ədəbi-bədii yaradıcılığında uğurlar arzulayıb.
Çıxış edənlər – folklorşünas alim, şair Adil Cəmil, Kəlbəcər ədəbi mühitinin tədqiqatçısı, filologiya üzrə fəsləfə doktoru İlham Məmmədli, Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı və başqaları Mirsəyyaf Zamanlının bədii yaradıcığından geniş şəkildə bəhs etdilər, onun Kəlbəcər ədəbi mühitinin zənginləşməsindəki xidmətlərini xüsusi vurğuladılar.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov yubiliyarı rayon ictimaiyyəti və öz adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Sonda şair Mirsəyyaf Zamanlı çıxış edərək tədbirin təşkilinə görə Kəlbəcər rayon İcra Hakimiyyətinə və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyininin sədri Qənbər Şəmşiroğluna, millət vəkili Cavid Qurbanova, eləcə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Paylaş: