C. Noy 22nd, 2019

Ərdoğan Vaşinqtona F-35-lərin arxasınca gedir?

Böyük ehtimalla qarşıdakı ayın ilk yarısında Vaşinqtona ziyarət gerçəkləşdirəcəyik. Burada ikitərəfli və heyətlərarası görüşlər keçiriləcək. Əlbəttə ki, üz-üzə görüş olması bizə ən son hadisələri müzakirə imkanı verəcək.

Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a nəzərdə tutulan səfərlə bağlı danışarkən deyib.

“F-35 uzanan bir proses oldu. Görüşlər zamanı məsələ ilə bağlı qərar qəbul etmək əsas məqsədimizdir. Biz hələ də detalları göndərməyə davam edirik. Ödənişlərdə də heç bir gecikmə etmirik. İndiyə kimi 1 milyard 400 milyon dollar ödəniş etmişik. Bu mövzunu da görüş zamanı müzakirə edəcəyik”, – Ərdoğan bildirib.   /Axar.az/

Paylaş: