C. Okt 18th, 2019

Dəmirtaş həbs edildi

Səlahəddin Dəmirtaş azadlıqdan məhrum edilib 

Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş, “Yığıncaqlar və nümayişlər haqqında olan qanuna qarşı çıxdığı üçün” 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədirnə cəzaçəkmə müəssiəsində nəzarətə götürülən Dəmirtaş, məhkəmə prosesinə qatılmayıb və onun əvəzinə vəkilləri çıxış ediblər.

Lakin təqsirləndirilən şəxslərin vəkilləri sözügedən toplantılarda müvəkkilərinin qaydaları pozmadığını, təhlükəsizlik qüvvələrinin də vəziyyətə müdaxilə etmədiyini vurğulayıb.

Buna baxmayaraq, Ankara Ağır Cəza Məhkəməsi, Dəmirtaşı “Terror təşkilatını idarə etmək”, “Terror təşkilatına üzv olmaq”, “Yığıncaq və nümayişlərlə bağlı qanuna qarşı çıxmaq”, “Xalqı qanunlara riayət etməməyə təhrik etmək”, maddələri ilə mühakimə edəcəyi barədə qərar qəbul edib.  /AYNA/

Paylaş: