Be. Okt 21st, 2019

Gələn həftədən bağlanmış banklarda əmanətlərin qaytarılmasına başlanılır

Ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə oktyabrın 16-dan başlanacaq.

Turkustan.info-nun məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı “Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

Paylaş: