Be. Okt 21st, 2019

“Paşinyan yaxın vaxtlarda istefa verəcək” – Erməni politoloq

“Paşinyan istefa verməlidir. Onun Dağlıq Qarabağla bağlı mövqeyi və güc stukturlarının rəhbərləri ilə münasibəti hakim komanda daxilində belə anlaşılmır”-deyə politoloq Stepan Danelyan açıqlama verib.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, politoloq Paşinyanın parlamentə nəzarəti itirəcəyini düşünür.

“Nikol Paşinyanın istefası “Mənim addımım” fraksiyasının dağılmasından dərhal sonra olacaq. Onun parlamentin itaətdən çıxması halında istefa verməsi qaçınılmazdır”.

Danelyanın fikrincə, hazırkı şəraitdə ölkəni növbədənkənar parlament seçkilərinə hazırlaşdıracaq keçid hökumətinə ehtiyac var.  /Modern.az/

Paylaş: