Ca. Okt 24th, 2019

Tbilisidə azərbaycanlılarla gürcülər arasında kütləvi dava

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində gürcülər və etnik azərbaycanlılar arasında qarşıdurma baş verib.

Turkustan.info bildirir ki, nəticədə bir azərbaycanlı xəstəxanaya çatdırılıb, digərlərinə isə ilkin tibbi yardım göstərilib.

Xəsarət alanlar onlara hücum edənlərin 5 nəfər olduğunu deyiblər.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qarşıdurma etnik zəmində baş verməyib. Azərbaycanlılara qarşı fiziki güc tətbiq edənlər hələ saxlanılmayıb. İnsidentlə bağlı istintaq başlanılıb.  /Report/

Paylaş: