Be. Okt 14th, 2019

Azərbaycanın yeni Baş naziri təsdiqləndi

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsinə baxılıb.

Turkustan.info xəbər verir ki, məsələ səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Ə.Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.

Buna qədər isə Baş nazir Novruz Məmmədov idi. N.Məmmədov bu vəzifəyə 2018-ci ilin aprel ayında keçirilən seçkilərdən sonra təyin olunmuşdu.  /Oxu.Az/

Paylaş: