Be. Okt 14th, 2019

“Hər yerdə türkləri gözləyirlər” – Məşhur mafiya liderindən ilginc sözlər

Türk mafiya lideri Sedat Peker Türkiyə Silahlı Qüvvələrinin Suriyada hərbi əməliyyatlara başlamasına münasibət bildirib.

Turkustan.info xəbər verir ki, Peker yaydığı açıqlamada türkləri “İslamın qılıncı” adlandırıb.

Məlumata görə, mafiya lideri bu fikirləri Monteneqronun nəqliyyat naziri Osman Nurkoviç və müavini Rafet Husoviçlə görüşdə səsləndirib.

Sedat Pekerin nazirlərlə hansı məqsədlə görüşdüyü məlum olmasa da, verdiyi açıqlama mediada müzakirə mövzusuna çevrilib:

“Türkləri İslam coğrafiyasının hər yerində gözləyirlər. PYD terror təşkilatının zülm gördüyü Şimali Suriyadakı ərəb və kürd xalqları da türkləri gözləyirdi. Çünki türk İslamın qılıncıdır”.  /Teleqraf.com/

Paylaş: