Be. Okt 14th, 2019

Nömrə yerinə “Unut məni” yazan sürücü tutuldu – VİDEO

Nömrə yerinə “Unut məni” yazan sürücü saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev məlumat verib.

O bildirib ki, BDYP əməkdaşları tərəfindən operativ şəkildə tədbirlər görülüb və qayda pozan “KAMAZ” markalı nəqliyyat vasitəsi saxlanılıb:

“İnzibati Xətalar Məcəlləsinin 342.9 cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etdiyi üçün sürücü barəsində inzibati məsuliyyət yaranıb.

İş müvafiq qaydada baxılması üçün aidiyyəti üzrə məhkəmə orqanına göndərilib”. (oxu.az)

 

Paylaş: