Be. Okt 14th, 2019

Pərviz Şahbazov Qazaxıstan səfirini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Serjan Abdıkarimovu qəbul edib.

Qazaxıstan səfirliyindən verilən məlumata görə, görüşdə tərəflər yüksək səviyyədə əldə edilmiş razılaşmaların keyfiyyətli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar, investisiya və ticari-iqtisadi əlaqələrin mövcud vəziyyətini və perspektivlərini, qarşılıqlı maraq doğuran yeni sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Görüş zamanı neft-qaz, dəmiryol nəqliyyatı və tranziti, logistika, taxıl və buğda tədarükü, turizm və bir sıra digər istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Bakıda Qazaxıstan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. (APA)

Paylaş: