Şb. Okt 19th, 2019

Azərbaycanın məşhur mükafatı 10 yaşında – “The First” Milli Mükafatları yubileyə hazırlaşır

Azərbaycanın ən məşhur mükafatlaırından sayılan Beynəlxalq “The First” (“Birinci”) Mükafatları bu il 10-cu dəfə təqdim ediləcək. ABŞ, Rusiya, Gürcüstan, İsveç, Finlandiya, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Kıbrıs və başqa ölkələrdən olan tanınmış simaların da mükafatlandırıldığı “The Frist” Mükafatları bu il 10 yaşını – yubileyini qeyd etməyə hazırlaşır.

Elm, siyasət, iqtisadiyyat, təhsil, idman, mədəniyyət, ədəbiyyat, biznes sahələrində uğur qazanmış insanlara təqdim edilən “The First” Mükafatları bugünə qədər Hulusi Kılıç (Türkiyənin ölkəmizdəki keçmiş səfiri), Salih Bezci (Ankara Ticarət Odası başqanı), Nurdan Şanlı (Ankara millət vəkili, Ankara Polis Radiosu, millət vəkillərimizdən Adil Əliyev, Aqil Abbas, Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov, Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artistləri Firəngiz Əlizadə, Rasim

Balayev, Alim Qasımov, Türkiyə sənətçilərindən Bəyazit Öztürk, Erkan Petekkaya, Serenay Sarıkaya, Səlami Şahin, Gökcə, Soner Sarıkabadayı və başqa məşhur simalara təqdim edilib.

Hər il olduğu kimi Beynəlxalq “The Frist” Mükafatları bu il də 18 oktyabr – Müstəqillik Günündə təşkil ediləcək. Türkiyənin Azərbaycanda da məşhur olan “Diriliş Ərtuğrul” serialında Ərtuğrulun qardaşı Sunqurtəkin obrazını canlandıran Sezgin Erdemir, internetdə izlənmə redkordları qıran Mərt və İpək, səfirlərin, millət vəkillərinin, iş adamlarının, media kapitanlarının qatılacağı X Beynəlxalq “The First” Mükafatlrı bu il böyük yubiley tədbiri – konsert proqramı ilə yaddaşlardan silinməyəcək.

Gecədə həmçinin beş məşhur simaya Türk Dünyası Onur Medalları təqdim ediləcək.

/yenicag.az/

Paylaş: