Şb. Okt 19th, 2019

Bakıda KÜLƏ DÖNƏN ticarət mərkəzləri – Gizli qalan səbəblər…

Ötən gün “Binə” ticarət mərkəzində 4 nəfərin xəsarət almasıyla nəticələnən hadisə ölkə mediasının gündəminə çevrildi.

Ölənlər olmasa da dörd nəfər tüstüdən zəhərlənməyə görə xəstəxanaya müraciət etdi. Yanğına səbəb olaraq elektrik naqillərindəki qısaqapanma göstərildi. Təbii ki əvvəlki ticarət mərkəzlərində baş verən yanğınlarda olduğu kimi bu hadisədə də sahibkarların yüz minlərlə pulu batdı.

Turkustan.info Redaktor.az-a istinadən milyonları batıran ticarət mərkəzlərindəki yanğınların kiçik xronikasını təqdim edir:

İlin əvvəlində mart ayında paytaxtın 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində yanğın qeydə alınıb. Xoşbəxtlikdən yanğın vaxtı ciddi xəsarət alan və ölən olmayıb. Yanğının qısaqapanmadan baş verdiyi bildirilib.

Bu ilin yayında Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında da yanğın baş verib. Səbəbi hələ də bilinmir. Yanğın zamanı xəsarət alan və zəhərlənən olmayıb.

Əvvəlki illərdə baş verən yanğın adisələrini təqdim edirik:

2013-cü ilin 20 oktyabr tarixində Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində baş verib. 16 nəfər tüstüdən xəsarət alıb. Sahibkarlara onminlərlə manat civarında ziyan dəyib, xüsusilə yanğından qızıl dükanı olan sahibkarlar zərər görüb. Fövqaladə Hallar Nazirliyinin rəsmi açıqlamasına görə, yanğın ticarət mərkəzinin 2-ci mərtəbəsində təxminən 20000 kv.m sahəni, 1-ci mərtəbəsində 2500 kv.m sahəni və 3-cü mərtəbədə 1200 kv.m sahəni əhatə edib. Yanğın zamanı 60 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. 2014-cu il oktyabrın 9-da axşam saatlarında Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın hadisəsi baş verib. 1 nəfər ölüb, 5 nəfər zəhərlənib.Deyilənə görə, hər iki yangın qəsdən törədilib.

2014-cü ilin 12 mart tarixində Bakıda “Sahil” ticarət mərkəzində yanğın baş verib. Yanğın ticarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb. Səbəbi məlum deyil.

2014-cü ilin 12 iyul tarixində “Binə” ticarət mərkəzində növbəti yanğın qeydə alınıb. Ticarət mərkəzinin elektrik qovşağında qısaqapanmadan tüstülənmə baş verib. Ərazidə olan şəxslər tüstülənən ərazini söndürüb.

2014-cü ilin 13 sentyabr tarixində “AMAY” ticarət mərkəzində də yanğın qeydə alınıb. Yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verib. Yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olub.

2015-ci ilin 14 mart tarixində “Binə” ticarət mərkəzində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğının digər mağazalar keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qısa qapanmanın olduğu ehtimal edilir. Nəticədə mağaza sahibinlərinə xeyli miqdarda ziyan dəyib.

2016-cı ilin 24 sentyabrında da “Sədərək” ticarət mərkəzində qısaqapanmadan yanğın baş verib. 9-cu sırada yerləşən ayaqqabı dükanında baş verən yanğın söndürülüb.

2017-ci ilin 1 aprel tarixində Bakıda yerləşən “Binə” ticarət mərkəzində yanğın baş verib. “Binə”dəki yanğınların səbəbi kimi elektrik naqillərindəki qısaqapanma göstərilir.

2018-ci ilin iyulunda Abşeron rayon ərazisindəki “Riyad” Ticarət Mərkəzində mebel dükanının anbarında növbəti yanğın qeydə alınıb. Hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

2018-ci ilin 16 noyabr tarixində Bakının Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub və yanğın saat 12:28-də söndürülüb. Yanğının Yeni il malları satılan anbarda başladığı bildirilir.

2019-cu ilin 26 fevral tarixində “Sədərək” ticarət mərkəzində yanğın baş verib.

Paylaş: