C. Noy 22nd, 2019

Ruzigar kimi yeni sezon: “AZƏRBAYCAN RÜZİGARI”

Bengü Türk TV-nin ekranlarında ikinci  ilinə qədəm qoyan “Azərbaycan Rüzgarı” verilişi 6 oktyabr bazar günü yeni sezonun ilk bölümüylə rüzgar kimi geri qayıtdı. Başladığı gündən etibarən həm Türkiyədə, həm də Azərbaycanda marağa səbəb oldu. Bu veriliş nə qədər qardaş olsaq da başqa bir ölkədə Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti haqqında çəkilən bölümləri ilə uğur qazandı. Biz də verilişin yaradıcısı və aparıcısı, fəxrimiz Səidə Ömərova ilə “Azərbaycan Rüzgarı” haqqında söhbət etdik.

  • Bildiyimiz qədərilə ilklərə imza atırsınız. Düzdü “Azərbaycan Rüzigarı” gördüyünüz ilk iş deyil. Çünki bundan əvvəl də bir çox televiziya layihələrinə rəhbərlik etmisiniz. Amma yəqin ki, ilk dəfə idi ki Azərbaycandan kənarda ölkəmizin tarixini və incəsənətini əks etdirən bir verilişhazırlayıb təqdim edirsiniz.
  • Bəli mən demək olarkı ilklərə imza atan telejurnalistlərdənəm.İlk dəfə Azərbaycan milli rəqslərini efir vasitəsilə tamaşaçılara öyrədən, Günəş və Həmail adlı verilişlə az yaşlı uşaqların yaxın dostu olan Günəşəm. (gülür)Azərbaycan Rüzgarıda Türkiyə televiziyasında, bəli, ilkdir.Bunu mən yox Türkiyədə uzun illər yaşayan azərbaycanlılar deyir.
  • Bir-birinin ardınca maraqlı qonaqlarınız və söhbətlərinizlə uğurlu bir sezonu geridə qoydunuz. Verilişdə ən çox nəyə üstünlük verməyə çalışdınız?
  • Bəli keçən dönəmdə programın çox önəmli qonaqları oldu. Türk dünyasi üçün önəmli mövzuları dəyərli şəxslərlə müzakirə etdik.İstanbulda yaşayan Azərbaycanlı alimlər,elm adamları,professorlar,Azərbaycandan millət vəkilləri hətta gazilərdə qonağım oldu.Verilişdə mövzular ətrafında qonaqlarla söhbət edildi.Bəzi fikirlər və məlumatlar məhz bu programda Türkiyə tamaşaçıları üçün səsləndi.Programda musiqili qonaqlarımda az olmurdu. Tarın, kamançanın tellərindən yayılan milli musiqimizisəsləndirmədən olmaz. Axı Azərbaycan qoxusu onlardan gəlir.Verilişdə Əhməd Cavad,Hüseyn Cavid,M.H.Şəhriyar,Ü.Hacıbəyli,Nigar Rəfibəyli,Tahir Salahov,20 Yanvar hadisəsi, Xocalı soyqırımı ve bir çox mövzular yer aldı.Azərbaycan tarixi,mədəniyyəti,ədəbiyyatı və coğrafiyası çox zəngindir. Bu zənginliklərlə bağlı önəmli həqiqətlərə 1 saat kimi az bir müddətdə toxunmağa çalışırıq.Təbii ki, hələ toxunulacaq və müzakirə olunacaq çox mövzumuz var.
  • Azərbaycanda tez-tez xəbər saytlarında sizin verilişinizlə bağlı xəbərlər oxuduq. Sizcə istədiyiniz izləyici kütləsinə və marağa səbəb ola bildiniz?
  • İzləyici kütləsi az deyil.Verilişimi daha çox əylənəcəli,qalmaqallı verilişləri izləməyən insanlar izləyir.Bəzi önəmli şəxslərin,iş adamlarınında programı izlədiyini eşidəndə sevinirəm.Onlardan eşitdiyim xoş sözlər məndən daha çox məsuliyyətli olmağı tələb edir.
  • Yəqin ki, çoxlu mesajlar alırsınız. İzləyicilərdən gələn rəylər hansı yöndədir?

 İnandırım sizi, veriliş başlayanda gələn mesajlar o qədərdir ki, onlara cavablandırıb çatdıra bilmirəm.Azərbyacanda və Türkiyədə çox izlənilən bu verilişin insaların bəyənib izləməsi əlbəttəki məni çox sevindirir,ruhlandırır və mənə güc verir.

  • Yeni sezonda bizi nə gözləyir? Nə kimi yeniliklər etməyi düşünürsünüz?
  • Verilişimiz yeni sezonda yenə tamaşaçıların marağına səbəb olacaq mövzularla davam edəcək. “Azərbaycan Rüzgarı” proqramının yeni mövsümdə ilk qonağı böyük  önder Mustafa Kamal Atatürkün yaxın dostu, məsləkdaşı böyük Türk sərdarı Kazım Qarabəkir Paşanın əziz qızı Timsal Qarabəkir xanım oldu.Verilişin mövzusu isə paşamızın qədim türk torpaqları olan Naxçıvanda olan hizmətləri qəhrəmanlığından bəhs edildi.

Axı mən Türk qızıyam

  • Bilirik ki, Bakalavr dərəcəsini İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində oxumusunuz. İndi isə İstanbul Universitetinin Jurnalistika fakultəsində Radio Televiziya və Kino ixtisasında magistr təhsili alırsınız. Kino sahəsində də təcrübəniz var. Son olaraq Türkiyədə yenidən kino sahəsində də işlər görməyi planlaşdırırsınız? Ümumiyyətlə, gələcəklə bağlı planlarınız nədir?
  • Təvazökarlıqdan uzaq olsa da düşünürəm ki, incəsənət sahəsində yetəri qədər imkanlara sahibəm. Şükürlər olsun ki, tanrım məndən belə bir zənginliyi, bu istedadı əsirgəməyib. İstər rəqsdə, istər rejissorluqda və televiziya sahəsində istedadım və ürəyimin dərinliklərindən gələn yaratmaq istəyi ilə çox işlər gördüyüməinanıram. Seçdiyim sənəti isə böyük sevgi və həvəslə bitimişəm.Bu gündə magistr təhsilimə çox ciddi yanaşıram.Amma bununla yanaşı, bir çox fəaliyyətlərim də var. Təbii ki bütün bu işləri dərslərimi ləngitməyəcək şəkildə görürəm.Çünki mən bura bildiklərimin, öyrəndiklərimin üstünə biraz daha bilgi əlavə etmək, özümü inkişaf etdirmək, eyni zamanda da öyrəndiklərimi, əldə etdiklərimi paylaşmaq üçün gəlmişəm. Ən böyüyü isə gözəl Azərbaycanımızı tanıtmaq, incəsənətimizi, tariximizi göstərməkdir. Hal- hazırda elmi işimin mövzusuda Azərbyacan kinosu haqqındadır. Elmi rəhbərim Professor Nilufər Pəmbəcioğlu bu mövzunun Türkiyədə bir ilk olduğunu söyləyir və məni dəstəkləyir.   Bir çox sahələrdə yeni planlarım və layihələrim var.Amma bunları izləyicilərimə surpriz etmək istəyirəm.İnanıram onlarında ürəyincə olacaqdır. Son olaraq da demək istəyirəm ki, mənim kimi seçilib bura gələn, burada təhsil alan tələbələrimiz də dərsləriylə yanaşı, bir çox fəaliyyətlərə qoşulsunlar, özlərini, güclərini göstərsinlər. Azərbaycanlı tələbələrlə tez-tez görüşürük, söhbətlər edirik. Onlara da bacardığım qədər yol göstərməyə, dəstək olmağa çalışıram. Məncə hər şeyin öhdəsindən alın açıqlığı ilə gəlirəm. Bu gücü mənə damarımda axan Türk qanı verir. Axı mən Türk qızıyam.

Aynur NƏBİYEVA

Paylaş: