Bz. Dek 15th, 2019

Suriyalılar Türk ordusunu belə qarşıladı – FOTOLAR

Xəbər verdiyimiz kimi Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı “Barış Pınarı” (Barış bulağı) əməliyyatı başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Məqsədimiz cənub sərhədlərimizdə yaradılmağa çalışılan terror koridorunu məhv etmək və bölgəyə sülh, əmin-amanlıq gətirməkdir”.

Turkustan.info xəbər verir ki, artıq Türkiyə ordusunun ilk hissələri sərhədi keçərək terrorçuların mövqelərinə doğru irəliləyirlər. İki ölkə sərhədində yaşayan suriyalılar Türk ordusunu böyük coşqu və sevincə qarşılayıblar. Onlar “Xilaskarımız xoş gəldin” şüarları ilə Türkiyə bayraqları qaldırıblar.

Turkustan.info

Paylaş: