Şb. Okt 19th, 2019

Üç ölkə bir araya gəldi: Türkiyənin əməliyyatına qarşı…

Misir, Yunanıstan və Cənubi Kipr Türkiyənin Suriyanın şimalına planlaşdırdığı əməliyyatla bağlı bəyanat yayıb.

Turkustan.info xəbər verir ki, hər üç ölkə Türkiyənin hərbi əməliyyatından narahat olduğunu bildirib.

Misir Prezidenti Əbdülfəttah Sisi, Cənubi Kipr lideri Nikos Anastasiadis və Yunanıstan Baş naziri Kiriakos Miçotakis ötən gün keçirilən zirvə görüşündən sonrakı bəyanatlarında Türkiyənin əməliyyatını “qanunsuz” hesab etdiklərini açıqlayıblar.

Onlar, həmçinin, Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün keçirəcəyi əməliyyatın Suriyanın ərazi bütövlüyünü pozduğunu bildiriblər və bunu mövcud demoqrafik vəziyyəti dəyişdirmək cəhdi kimi qələmə veriblər.  /Axar.az/

Paylaş: