Ça. Noy 12th, 2019

6 ölkə Türkiyəni dəstəklədi – Aralarında AB ölkəsi də var

Pakistan Türkiyənin Fərat çayının şərqində başlatdığı “Barış Pınarı” hərəkatına dəstək verib. 

Turkustan.info xəbər verir ki, bu barədə Pakistan Xarici işlər nazirliyi sözcüsü Məhəmməd Faysal açıqlama verib.

“3,5 milyon suriyalı qaçqına sahib çıxmış bir ölkənin insani qayğılarını təqdir edirik. Türkiyənin bölgədəki təhlükəsizlik qayğılarını anlayırıq. Türkiyə də Pakistan kimi terror qurbanı ölkələrdəndir. Pakistan Suriya probleminin tezliklə həll olunacağına ümidlidir” – deyə, nazirlik sözcüsü qeyd edib.

Məhəmməd Faysal həmçinin Türkiyənin terrora qarşı atdığı bütün addımlrı dəstəklədiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl daha 5 ölkə ölkə – Macarıstan, İspaniya, Şimali Kipr Türk Cumhuriyyəti, Qatar və Rusiya da “Barış Pınarı” əməliyyatlarını dəstəklədiyini açıqlayıb.   /Yenicag.az/

Paylaş: