Be. Dek 9th, 2019

90 yaşlı kişinin “Barış Pınarı”na verdiyi dəstək sosial mediada gündəm oldu – FOTO/VİDEO

Yaşlı kişi Nürəddin Davulçunun  “Barış Pınarı” əməliyyatında iştirak edən türk əsgərinə verdiyi dəstək sosial mediada minlərlə insan tərəfindən izlənilib. 
N.Davulçu yaşlı olmasına baxmayaraq bu gün də döyüşməyə hazır olduğunu bildirib:
“Üç il əsgərlikdə oldum, amma yenə də döyüşməyə hazıram. Əsgərlikdən gəlib torpağımızı öpdüm. Ən gözəl ölkə Türkiyədir. Dırnağımızı belə ala bilməzlər”. 
Yaşlı adamın çıxışını isə təsadüfən yoldan keçən şəxslər mobil telefona çəkərək sosial şəbəkədə paylaşıblar.  

(moderator.az)

Paylaş: