Şb. Okt 19th, 2019

Aram Sarkisyan: “Rusiya Türkiyənin Suriyaya hücumunun qarşısını ala bilmədi. Biz bunu anlamalıyıq”

 xəbər verir ki, Respublika Partiyasının lideri Aram Sarkisyan Türkiyənin Suriyaya hərbi müdaxiləsi ilə bağlı mövqe bildirib. Aram Sarkisyan vurğulayıb ki, Türkiyənin bu hərəkəti və mütərəqqi bəşəriyyətin laqeydliyi pislənməlidir. 

“Ancaq nəticə çıxarmalıyıq və ümidlərimizi kürdlər kimi başqalarına bağlamamalıyıq. Rusiyanın Suriyada hərbi mövcudluğu var. Rusiyanın Ermənistanda da ordusu mövcuddur. Nəzərə alaq ki, Suriyada bu, Ermənistanla müqayisədə on qat daha çoxdur. Amma buna baxmayaraq Rusiya Türkiyənin Suriyaya hücumunun qarşısını ala bilmədi. Biz bunu anlamalıyıq. Tarix göstərdi ki, türklər həmişə ruslarla qarşılıqlı surətdə ticarət edə bilərlər”. 

Paylaş: