Şb. Okt 19th, 2019

Azərbaycan millisi Bəhreynə belə qalib gəldi – VİDEO

Ötən axşam futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşünə çıxıb.

Turkustan.info xəbər verir ki, yığmamız Bəhreynlə qarşılaşıb.  Bəhreyn Milli Stadionunda keçirilən matçda millimiz 3:2 hesabı ilə qalib gəlib. Bu, baş məşqçi Nikola Yurçeviçin yığmamızla ilk qələbəsi olub.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. Həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Millimizin Bəhreynlə yoxlama oyunundan (3:2) hazırlanmış videoicamlı təqdim edirik.

/Modern.az/

Paylaş: