Şb. Dek 14th, 2019

Belçika deputatları Qarabağa qanunsuz səfər etdi

Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə Belçikadan olan parlamentarilər gəlib.

Turkustan.info xəbər verir ki, qondarma rejimə gələnlər arasında senator, ATƏT-in Parlament Assambleyasının üzvü Mark Demesmeyker, Flamand parlamentinin üzvü Mark Hendriks və Belçikanın Alst şəhərinin merinin müavini Kərim Van Overmeyr yer alıb.

Parlamentarilər qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanla görüşüb.  /Axar.az/

Paylaş: