Be. Dek 9th, 2019

“Öncə güzgüyə baxın!” – Ərdoğan S.Ərəbistanı və Misiri yıxıb-sürüdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına sərt cavab verib.
 
Turkustan.info Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan “Sülh çeşməsi” əməliyyatından bəhs edərkən, Türkiyəni bölgə və Suriya üçün təhdid olaraq görən S.Ərəbistanına cavab verib. O, “digər hərbi əməliyyatlar kimi “Sülh çeşməsi” əməliyyatında da əsas məqsəd Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə tövhə verməkdir. PKK və YPG-nin etdiklərini görməzdən gələnlər bizim atdığımız addımlara qarşı çıxırlar. Bunlar İŞİD-i öz ölkələrindən Suriyaya göndərdilər. İŞİD Suriyaya Fransadan, Almaniyadan gəldi, biz 5500 işidçini geri göndərdik. Siz boş söz danışırsız, biz iş görürük. Səudiyyə Ərəbistanı öncə güzgüyə baxsın! Yəməni bu hala kim gətirib?” deyə bildirib.
Ərdoğan çıxışında Misir prezidenti Sisini də unutmayıb və əlavə edib: “Sən heç danışma! Mursinin ölümünə səbəb oldun. Sən qatilsən! Sisi bizi qınayıb. Qınasa nə olar, qınamasa nə olar. Bizim dəstəmazımızdan şübhəmiz yoxdur ki, namazımızdan da olsun”.  /BakuPost.az/

Paylaş: