Be. Okt 14th, 2019

Terrorçulardan Türkiyəyə reket zərbəsi: 6 ölü, 70 yaralı

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatlarından sonra bu gün PKK/PYD-YPG və İŞİD terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket mərmilərindən zərbələr endirilib.

Turkustan.info Türkiyə mediasına istinadən verilən məlumata görə, top və raket zərbələri nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı, Mardinin Nusaybin rayonunda 6 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Ölən və xəsarət alanlar arasında uşaqlar da var.  /BakuPost/

Paylaş: