Şb. Okt 19th, 2019

Tramp kürdlərə arxa çevirdi – “Bizdən kömək gözləməsinlər”

Kürdlər ABŞ Prezidentini əməkdaşlığı pozmaqda ittiham edirlər

“Suriyadakı kürdlərə kömək etməyəcəyik, çünki onlar bizə İkinci Dünya müharibəsində Normandiyaya (1944-cü il 6 iyun nassist qüvvələrinə qarşı hücum – red.) hərbi qüvvə yeridərkən kömək etməmişdilər”.

Ayna xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin kürdlərlə bağlı sualını cavablandırarkən bəyan edib.

Jurnalist isə prezidentin bu cavabı qarşılığında, “bəs kürdlər ABŞ-a “İslam Dövləti” ilə mübarizədə  terror qruplaşmasına qarşı dəstək vermişdi, bu iki tərəf arasında ittifaqın pozulması deməkdir”, – deyib.

Qeyd edək ki, Trampın kürdlərə arxa çevirməsi qarşı tərəfin etirazına səbəb olub, kürdlər ABŞ Prezidentini əməkdaşlığı pozmaqda ittiham edirlər.    //ayna.az/

Paylaş: