C. Dek 6th, 2019

Türkiyənin Suriya əməliyyatının PƏRDƏARXASI: 12 yaşlı oğlanlara zorakılıq, narkotik və…

Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində yerləşən terror ünsürlərinə qarşı gerçəkləşdirdiyi “Sülh Çeşməsi” hərəkatı bölgədə bir çox dəyişikliyə səbəb olacaq.

Bölgədəki kürdlərə təhlükəsiz həyat bəxş edəcək əməliyyat qaçqın düşən suriyalıların evlərinə geri qaytımasını sürətləndirəcək. Yaradılması planlaşdırılan terror koridoruna ən böyük zərbəni vuracaq “Sülh Çeşməsi”nin məqsəd və hədəfləri 10 maddədə bəyan edilib.

1. Sərhəddə təhlükəsizlik: Türkiyə PKK/YPG/PYD və İŞİD terror təşkilatlarının öz sərhədinə istiqamətlənmiş bütün təhdid və hücumlarını əngəlləmək istəyir.

2. Terror koridoruna son: Terror təşkilatları Suriyanın enerji qaynaqlarından bir qismini işğal edib. İstismar etdiyi bu neft və təbii qazı enerji koridoru adı altında terror koridoru quraraq Hatay vasitəsilə Aralıq dənizinə keçrimək niyyətindədir. Türkiyə bu əməliyyatla koridorun yaradılmasına mane olaraq Hatayın təhlükəsizliyini daimi təmin etmək istəyir.

3. Hücumlara son: Terrorçular Suriyadan Türkiyəyə raket və səhra topları ilə dəfələrlə hücum təşkil edib. Bu hücumlar nəticəsində yüzlərlə dinc sakin ölüb. Türkiyə 82 milyon vətəndaşının təhlükəsizliyini təmin etmək istəyir.

4. Demokratik infrastruktur: Terrorçuların avtoritariyasını qəbul etməyən ərəb, kürd, türkmən kimi yerli xalqlar köç etmək məcuriyyətində buraxılır və mülkləri ələ keçirilir. Türkiyənin əməliyyatı terrorçuların zorakılıq və təzyiqinə məruz qalana bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

5. Suriyanın ərazi bütövlüyü: Suriya torpaqlarının bir qismi PKK/YPG/PYD tərəfindən işğal edilib. Türkiyə Suriyanın ərazi bütövlüyünü qoruyaraq öz ərazi bütövlüyünə qarşı bütün təhdidləri aradan qaldırmaq niyyətindədir.

6. Terrora son: Terror hücumlarına məruz qalan Türkiyə yüzlərlə vətəndaşını itirib. “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatları ilə minlərlə terrorçunu zərərsizləşdirən Türkiyə 4 min kilometr ərazini terrordan təmizləyib. “Sülh Çeşməsi” hərəkatı isə bütün terror ünsürlərinin varlığına son qoymağa hesablanıb.

7. Narkotik nəqlinə son: Terrorçuların bölgədə narkotik istehsalı fabrikləri mövcuddur. İstehsal etdikləri narkotiki Avropa və ABŞ-a satır. Türkiyə bu əməliyyatla narkotik istehsalı və satışını sona çatdırmaq istəyir.

8. Qaçqınlar: Türkiyə Suriya qaçqınlarını təhlükəsiz şəkildə evlərinə qaytarmaq istəyir. Beləliklə, həm dünya qaçqın böhranından qurtulacaq, həm də Türkiyədəki qaçqınların təhlükəsiz şəkildə geri qayıdışı təmin olunacaq. Daha əvvəl “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə bölgəni terrordan təmizləyib şəhərlərin təməl infrastrukturunu da inşa edərək yüzminlərlə suriyalının vətəninə geri qayıtması təmin olunub.

9. Bölgədə sülh: “Sülh çeşməsi” hərəkatı ilə terrorun zorakılıq və təzyiqinə məruz qalan bütün xalqların can güvənliyi və rifahı təmin olunacaq.

10. Uşaqlar xilas olacaq: Hərəkat ilə Türkiyə PKK/PYD/YPG-nin uşaqları əsgər kimi istifadə etməsinin qarşısını alacaq. Terror təşkilatlarının 12 yaşlı uşaqları silahlandırıb döyüşə aparması təsdiqini tapmış faktdır. (publika.az)

Paylaş: