Bz. Dek 15th, 2019

Xəzərin üstündən körpü… – Millət vəkilindən UNİKAL TƏKLİF

Xəzər dənizinin üstündən Azərbaycanla Türkmənistanı birləşdirən nəqliyyat körpüsünün inşası mümkündür.
Bu təklifi millət vəkili Qüdrət Həsənquliyev gündəmə gətirib. 
Onun sözlərinə görə, bu layihə bir çoxlarına fantastik görünür:
“Amma Çinin “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Xəzər dənizi üzərindən Azərbaycanı Türkmənistanla birləşdirəcək avtomobil və dəmir yolu çəkilişi məsələsini aktuallaşdırmaq olar. Bu istiqamətdə Xəzərin eni 196 km, dərinliyi isə ortalama 200 metrdir. Süni adalar yaratmaqla bunu etmək olar. Çinin bu sahədə böyük təcrübəsi var. Avropa İttifaqı, Çin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan bu layihəyə investisiya qoya bilər. Siyasi baxımdan layihənin əhəmiyyəti çox böyükdür. Heç bir ekoloji problem yaratmır. Texniki baxımdan gerçəkləşdirmək mümkündür. Qalır iqtisadi səmərəlilik məsələsi. Hər halda mütəxəssisləri bu ideyanın müzakirəsinə cəlb etmək lazımdır”, – deyə millət vəkili əlavə edib.
Q.Həsənquliyev həmçinin vurğulayıb ki, Rusiya Transxəzər kəmərlərin çəkilməsinə cəlb edilə bilər:
“Rusiya payçı qismində çıxış etməklə yanaşı, həmin kəmərlərin çəkilişini də həyata keçirə bilər. Rusiya Qara dənizdə və Baltik dənizində belə layihələr həyata keçirir”.(Axar.az)

Paylaş: