Ç. Noy 13th, 2019

Bakıda “İplər arasında harmoniya” sərgisi açılıb – FOTOLAR

Oktyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Macarıstan Qobelen Sənətləri Birliyinin “İplər arasında harmoniya” adlı sərgisi açılıb. Sərgidə ölkəmizdə akreditə olunan səfirliklər, diplomatik nümayəndəliklərin üzvləri, Macarıstan Respublikasının Azərbaycandakı Fövqaəəladə və Səlahiyyətli səfiri Viktor Szederkenyi , Mədəniyyət naziri Əbülfəz Qarayev və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iştirak edirdilər.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyin direktoru Şirin Məlikova sərgini Bakının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirərək dedi ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Macarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təşkil edilən sərgidə 40-dan çox əsər nümayiş edilir. Sərgidə təqdim edilən əsərlər sənətsevərlər üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Sərgidə iştirak edən qonaqları salamlayan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  sərginin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Naxçıvan müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunduğunu bildirdi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Sammiti ərəfəsində təşkil edilən sərginin əhəmiyyətini vurğulayan G.Əfəndiyeva dedi ki, belə sərgilər xalqlar arasında mədəni sahədə əlaqələrin daha da genişlənməsinə böyük təkan verir.

“Naxçıvan müqaviləsi”ni böyük tarixi hadisə kimi xarakterizə edən və bu hadisəni türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirən Günay Əfəndiyeva hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun reallaşdırdığı layihələrdən də  söz açdı. Fondun məqsədlərinin  layihə və proqramları dəstəkləmək və maliyyələşdirməklə türk mədəniyyətini və irsini qorumaq, araşdırmaq, tanıtmaq və gələcək nəsillərə ötürmək olduğunu vurğuladı.  Həmçinin bu il Macarıstanın  türk dünyası ilə ortaq mədəni dəyərləri əsas gətirərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu almaq istəyi ilə müraciət etdiyini söylədi. Və Macarıstanın  bu müraciətindən sonra Azərbaycanda dost ölkənin sənət əsərlərini sərgiləməyini xoş məramılı bir hadisə adlandırdı.

Macarıstanın Azərbaycandakı səfiri cənab Viktor Szederkenyi  ölkəsinə məxsus mədəni dəyərlərin Şərqlə bağlı olduğunu söylədi. Dedi ki, biz Avropa İttifaqının üzvüyük, lakin haradan gəldiyimizi unutmuruq. Bizim mədəni dəyərlərimiz Şərqdən gəlir. Qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen sənəti dünyada geniş yayılıb və macarıstanlı sənətkarlar da bu sənət növünə bənzərsiz əsrlər yaradırlar. Bakıdakı bu əhatəli sərgi sizi qobelen sənətkarlarının şah əsərləri vasitəsilə onların müxtəlifliyi, fantaziyası və bacarıqları ilə tanış etmək üçün təşkil edilib. Qobelen Avropa sənət tarixində əsrlərdən bəri davam edən unikal, suveren bir janrdır.Çalışacağıq ki, Azərbaycan Macarıstan əlaqələri çox isti bir şəkildə, dostluq zəminində inkişaf etsin. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna bizim dahi sənətkarların əl işlərini dost Azərbaycanda nümayiş etdirilməsinə dəstək verdiyi üçün dərindən minnətdaram. Siz çox yaxın vaxtda bu dəstəyin nəticəsini görəcəksiniz”. Diplomat eyni zamanda Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayevə də öz minnətdarlığını  bildirdi və qeyd etdi ki, Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin inkişaf eynəsində nazirliyin müstəsna rolu vardır”.

Milli Xalça Muzeyində Macarıstan Qobelen Sənətləri Birliyinin “İplər arasında harmoniya” adlı sərgisi oktyabr ayının 18-nə qədər davam edəcək.

Paylaş: