Ç. Noy 20th, 2019

İsraildən qalmaqallı bəyanat: “Kürdlərə dəstək verməyə hazırıq”

“İsrail Suriyadakı kürd bölgələrinə yönəlik türk işğalını şiddətlə qınayır. Türkiyə və onun vəkilləri tərəfindən kürdlərin etnik təmizləməsinə qarşı xəbərdarlıq edir”.

Turkustan.info xəbər verir ki, bu qalmaqallı bəyanatla İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.

Türkiyənin “Sülh çeşməsi” əməliyyatını tənqid edən İsrail baş naziri özünün Tvitter hesabında “İsrail cəsur kürd xalqına insani dəstək göstərməyə hazırdır” fikirlərini yazıb.   /Teleqraf.com/

Paylaş: