Ca. Noy 14th, 2019

Niyə gənc yaşda saçlar ağarır? – Dibdən qara saçlar çıxaran RESEPT

Saçların ağarması təkcə yaşlanmanın göstəricisi deyil. Yetkinlərdə, gənc və orta yaşlı insanlarda, hətta uşaqlarda belə müxtəlif səbəblərdən dolayı erkən saç ağarmasına rast gəlinir.

Turkustan.info bildirir ki, saçların rəngində mühüm rol oynayan piqment saçın kökündəki hüceyrədən gəlir. Bu hüceyrələr lazım olan miqdarda melaninin (tünd piqment) olması üçün genetik olaraq kodlanır. Lakin müyyən vaxtdan sonra melaninin istehsalı azalır. Melaninin miqdarında olan azalma saçların ağarmasına səbəb olur. Qəhvə rəngli, qızılı və qara saçlar melaninlə zəngindir. Boz saçlarda melanin az, ağ saçlarda isə melanin heç olmaz.

Saçı ağarmasını sürətləndirən səbəblərdən bəziləri:

– Stress;

– B12 çatışmazlığı (adətən ət, toyuq kimi heyvani qidalarla qidalanmayanlarda ortaya çıxır);

– Hormonal pozulmalar;

– Siqaret çəkmək;

– Kalsium, D, C vitamini, mis və ferritin çatışmazlığı;

– HİV infeksiyası, kistik fibroz və Hodgkin lenfoması kimi xəstəliklər;

– Ekoloji çirklənmə;

– Günəşdəki ultrabənövşəyi şüalar;

– Dərmanların mənfi təsirləri;

– Spritli içkidən istifadə;

– Yaxşı qidalanmamaq;

Ağarmış saçları anadangəlmə rənginə qaytarmaq istəyirsinizsə, təbii vasitələrdən hazırlanmış reseptdən istifadə etməyinizi məsləhət görürük. Bu təbii vasitə təkcə saçlarınıza deyil, gözləriniz üçün çox gözəl müalicədir. Həmçinin dərinizdə də yaxşılığa doğru son dərəcə böyük fərq hiss edəcəksiniz. Lakin bu təbii dərmanın başlıca rolu ağarmış saçlara yenidən doğma rəngini qazandırmaq və saçları əvvəlkindən də qalın etməkdir.

 

LAZIM  OLAN  VASİTƏLƏR:

– 200 qram kətan toxumu;

– 4 ədəd orta boy limon;

– 3 ədəd kiçik diş sarımsaq;

– 1 kq bal

HAZIRLANMASI:

Bütün sarımsaq və limonları blenderdə qarışdırın. Lakin blenderə qoymazdan əvvəl limonlardan yalnız ikisinin qabığını soymağı unutmayın. Daha sonra kətan toxumu və balı əlavə edib yenidən qarışdırın. Əldə edilən qarışımı şüşə qaba qoyub qapağını bərk bağlayın və soyuducuda saxlayın.

Qarışımı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin. Yeyərkən taxta qaşıqdan istifadə edin.

Kətan toxumu

Bundan başqa, bir kasa qatığa 2 çay qaşığı çörəkotunu əlavə edib, gün ərzində acqarına yeyilir. Lakin çörəkotunu qatığa tökməzdən əvvəl əzmək lazımdır. Bunu 6 ay ərzində səhərlər də ac qarına yemək olar.

/konkret.az/

 

Paylaş: