27 Noyabr 2020 12:19

Novruz Məmmədov iş axtarır – Dadaşlinski keçmiş baş nazirə “İLİŞ”Dİ – VİDEO

İTV-də yayımlanan “3 D” verilişində Baş Nazir postundan ayrılan Novruz Məmmədovun işsiz qalmasına sətiraltı münasibət bildirilib.

Turkustan.info xəbər verir ki, Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi verilişdə katibəsi Lyuba ona zəng edərək Novruz Məmmədov adlı şəxsin iş üçün müraciət etdiyi barədə məlumat verib. Təəccübünü gizlədə bilməyən Dadaş Dadaşlinski ona uyğun bir iş təklif edə bilməyəcəklərini, amma yardım etməyə çalışacaqlarını söyləyib.
Sonra məlum olub ki, studiyaya gələn Novruz Məmmədov adlı başqa bir şəxs olub. Hər halda bu ssenarinin Baş Nazir postundan ayrılan Novruz Məmmədov üzərində qurulduğu heç kim üçün sirr deyil.
Verilişin qonağı isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi Fazil Talıbov olub.
Bu səhnələr verilişin 5-ci dəqiqəsindən sonra baş verir.

/news12.az/

Paylaş: