Ç. Noy 13th, 2019

Sumqayıtda I Mədəniyyət festivalı keçirilib

Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərin “Kimyaçılar” sarayının qarşısında Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə I Mədəniyyət festivalı keçirilib.

Festivalda Sumqayıt şəhər  Sumqayıt şəhər musiqi məktəblərinin rəsm şöbəsi şagirdlərinin rəsm sərgisi nümayiş olunub, xalq çalğı alətləri ansambllarının və xor kollektivlərinin çıxışları, o cümlədən, “Vialin” kvintet ansamblı (Q.Qarayev adına UMM), “Buta” və sazçı qızlar ansamblı (F.Əmirov adına UMM) və “Ümid” rəqs ansamblı (Bülbül adına UİM), “Şahinlər” rəqs qrupu, Skripkaçılar ansamblının (S.Rüstəmov adına UİM) çıxışları təqdim olunub.

Həmçinin Sumqayıtın C.Cabbarlı adına mədəniyyət evinin “Qafqaz” və “Turan” rəqs qrupları, “Zəngəzur” nağaraçılar qrupu, 4 saylı diyarşünaslıq klubunun  “Alleqro” rəqs qrupu, “Günəşim” kukla tetarı, “Face art” rəsm sərgisi, Şəhər Mədəniyyət Evinin “Veteran” xalq xoru və “Narbala” kukla teatrı və digərləri festivala qatılıblar.

Şəhərimizdə ilk dəfə keçirilən Mədəniyyət festivalında Sumqayıt Regional Mədəniyyət idarəsininə daxil olan Abşeron, Zəngilan, Qubadlı, Şuşa, Xızı rayon musiqi məktəblərinin xalq çalğı alətləri orkestr və ansabllarının ifasında musiqi nömrəlri, xor kollektivlərinin çıxışı, rəssamların əl işlərindən ibarət sərgisi nümayiş olunub.

Festivalda Sumqayıt Dövlət Rəsm Qalereyasının  rənggarlıq nümunələri, əl işləri və dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgi, Şamaxı, Quba, Kürdəmir, İsmayıllı rayonun sənətkarlarının tarixi eksponatların və qədim misgərlik sənət nümunələrinin sərgisi, o cümlədən,  milli musiqi alətlərinin sərgisi,  müxtəlif bölgələrin milli mətbəx nümunələri təqdim edilib.

Festivalda tarixi personajlar və nağıl qəhrəmanlarının iştirakı da şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb, xatirə şəkilləri çəkilib.

Əsl bayram ab-havasında keçən festivalı izləyən çoxsaylı şəhər sakinləri və qonaqlar arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də olublar.

Festival Kimyaçı Mədəniyyət Sarayının tamaşa zalında Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrinin və xor kollektivinin konserti ilə davam edib.

Konsertdə solistlərin bir-birindən maraqlı ifaları və monitorda Sumqayıtın gözoxşayan videogörüntüləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda İcra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək şəhər sakinlərini təbrik edib, gələn qonaqlara təşəkkürünü bildirib,  şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən Sumqayıta həsr olunmuş “Ən yaxşı şeir” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə qaliblərini mükafatlandırıb, xalq çalğı alətləri orkestrinin və xor kollektivinin üzvlərinə, və solistlər Tural Salmanova (Zəngilan), Günay İmamverdiyevaya (Şuşa) fəxri fərmanlar təqdim edib.

Qeyd edək ki, “Ən yaxşı şeir” müsabiqəsinin nəticələrinə görə I yerə gənc şair Elvin Əlizadə, II yerə Səfiqə Quliyeva, III yerə Asif Asiman, “Ən yaxşı mahnı” müsabiqəsinin nəticələrinə görə  I yerə Əməkdar müəllim Firəngiz Xəlilova, II yerə Ramil Murad, III yerə Emil Murad layiq görülüblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

 

Paylaş: