03 Dekabr 2020 14:23

Türk ordusunun Suriyada əsir götürdüyü terrorçuların İLK GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO

Türk Silahlı Qüvvələri (TSK) və Suriya Milli Ordusunun həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı çərçivəsində əsir götürülən terrorçuların ilk görüntüləri yayımlanıb.

Türk mediası xəbər verir ki, əməliyyat çərçivəsində Resulayn ətrafında daha 3 terrorçu ələ keçirilib. Bununla da ələ keçirilən əsir terrorçuların sayı 11-ə çatıb.

Xatırladaq ki, hazırda Suriya Milli Ordusu ön cəbhədə terrorçularla müharibəni davam etdirir. Ən son xəbərlərə görə, əməliyyat başlayandan bu günə qədər Suriya Milli Ordusu 4 şəhid verib. (teleqraf.com)

Paylaş: