26 Yanvar 2021 13:07

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
 
Turkustan.info məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Məlumata görə, polis mayoru Laçın Balayar oğlu Əliyev Masallı RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi vəzifəsindən azad edilərək Samux RPŞ-nin İstintaq bölməsinin rəisi təyin edilib.

Polis mayoru Cavid Elçin oğlu Məmmədov isə Masallı RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad edilərək Samux RPŞ-nin xidmət üzrə rəis müavini təyin edilib.  /BakuPost/

Paylaş: