Ç. Noy 20th, 2019

Azərbaycanla bağlı qorxunc proqnoz verən ekstrasensə CAVAB: “Getsin, fırıldağı ilə məşğul olsun”

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Bakıya gələn kimi təəccübləndirən proqnozlar verib. O qeyd edib ki, 2021-2022-ci illər Azərbaycan üçün təhlükəlidir, 2021-2022-ci illərdəki zəlzələlərdə fəlakət olacaq.

Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli “Yeni Sabah”a açıqlamasında mütəxəssis olmayan şəxslərin belə proqnozlar verməsini kəskin tənqid edib: 

“Ekstrasensdi? Getsin, fırıldağı ilə məşğul olsun. Ayıbdır. Mütəxəssis filan deyil. Ona demək lazımdır ki, Azərbaycana gəlib eləməsin, birdən zəlzələdə binaların altında qalar”.

Paylaş: