Ç. Noy 20th, 2019

DİQQƏT! Bakı-Sumqayıt YOLU BAĞLANIR

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

O bildirib ki, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10,5-ci kilometrindən 11,5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb:

“Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur”. (report)

Paylaş: