Ç. Noy 20th, 2019

Biləsuvarda FACİƏ: Oğul anasını traktorla vurub öldürdü

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

Hadisə rayonun Səmədabad kəndində olub.

Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (modern.az)

Paylaş: