Ç. Noy 20th, 2019

Metroda 400 manat tapan şəxsdən MARAQLI ADDIM

Oktyabrın 10-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları maraqlı hadisənin şahidi olublar. Belə ki, metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşı bu barədə dərhal aidiyyatı üzrə məlumat verib. Məlum olub ki, metrodan istifadə edən bir qadın da həmin gün 400 manat məbləğində pulunu itirməsi barədə müraciət edib.

Metropolitendə Polis Şöbəsinin rəhbərliyinin tapşırığı ilə R.Ələsgərov və M.Allahverdiyeva Şöbəyə dəvət edilib, polis əməkdaşlarının da iştirakı ilə pulu tapan şəxs onu sahibinə qaytarıb. 

Bu kimi hallarla rastlaşarkən vətəndaş mövqeyi sərgiləmək, tapdığımız əşyaları sahibinə qaytarmaq üçün polisə müraciət etmək həm də əsl vətəndaşlıq borcudur. (modern.az)

Paylaş: