Ç. Noy 20th, 2019

Nazir yüksək vəzifəli xanımı vəzifədən azad edib?

Bərdə rayon mərkəzi xəstəxanasına yeni baş həkim təyin olunub.

Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmir ilə onun yerinə Bilasuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Meytizadə təyin olunub.

Biləsuvar İcra Hakimiyətindən isə Turkustan.info-ya bildirilib ki, rayonun baş həkimi öz işinin başındadır: “Biləsuvar rayon xəsrəxanasının baş həkimi Bərdəyə göndərilməyib. O, biləsüvarda öz işinə davam edir”.    /publika.az/

Paylaş: