Ç. Noy 20th, 2019

SON DƏQİQƏ: Ermənilər Türkiyəyə qarşı müharibə elan etdilər – VİDEO

Suriyanın Rajova vilayətində qurulan və erməni terrorçusu Nubar Ozanyanın adını alan erməni terror təşkilatı bu gün sosial şəbəkədən verilən açıqlama ilə Türkiyəyə müharibə elan etdiyini bildirib.

Turkustan.info xəbər verir ki, açıqlamada Türkiyə Cumhuriyyətinin Suriyanın şərqində həyata keçirilən “Sülh Çeşməsi” hərbi əməliyyatlarına diqqət çəkilib.

Erməni terrorçular açıqlamada Türkiyəyə qarşı ardıcıl iddihamlar səsləndirərək regionda yaşayan kürdlərin, ermənilərin, suryanilərin və ərəblərin “torpaqlarını qorumaq üçün” savaşacaqlarını bildiriblər.

Qeyd edək ki, bu terror təşkilatı 22 aprel 2019-cu ildə erməni lobbisinin yardımları ilə yaradılıb. Terror təşkilatının yaradılmasındakı məqsəd guya “erməni xalqını soyqırımlardan xilas etmək” olub.

Bu kiçik terror taborun Ermənistan hökuməti tərəfindən də dəstəklənməsi istisna edilə bilməz. Belə ki, bu il Ermənistan 100 nəfərlik şəxsi heyəti olan hərbi dəstəni “humanitar missiya” adı altında Suriyaya göndərmişdi…  /Eurasia Diary/

Paylaş: