04 Dekabr 2020 18:35

Türk ordusu ABŞ hərbçilərini vurub? – Nazirlik açıqladı

Türkiyə ordusu “Sülh çeşməsi” hərəkatı çərçivəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı təşkil etdiyi top atışları ilə yalnışlıqla ABŞ hərbçilərini vurub.

Turkustan.info  xəbər verir ki, bu iddia ilə “Nyusvik” nəşri çıxış edib.

Bildirilib ki, Kobani şəhərində SDQ döyüşçüləri ilə birlikdə olan amerikalı xüsusi təyinatlı qüvvələr hücuma məruz qalıb.

***

ABŞ müşahidə məntəqəsindən təxminən min metr cənub-qərbdəki yüksəkliklərdən Suruçun cənubundakı sərhəd məntəqələrimiz DŞK-dan və toplardan atəşə tutulub. Müdafiə məqsədilə atışların həyata keçirildiyi terrorçuların mövqeləri hədəf alınıb. ABŞ-ın müşahidə məntəqəsindən söhbət belə gedə bilməz. Cavab atəşindən öncə ABŞ-ın müşahidə məntəqəsinin zərər görməməsi üçün hər cür tədbir görülüb. Məsələ ilə bağlı ABŞ tərəfinin əlaqəsindən sonra atəş dayandırılıb. ABŞ-a və koalisiyaya zərər verilməsindən qətiyyən söhbət belə gedə bilməz.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilib.  /axar.az/

Paylaş: