Be. Noy 18th, 2019

Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verib

ABŞ minə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb.

TASS xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib.

ABŞ-ın hərbi qüvvələrinə hücum olarsa, cavab atəşinə icazə verilib-verilməməsi ilə bağlı suala Esper belə cavab verib: Onların özünümüdafiə hüququ var və lazım olduqda bundan istifadə edəcəklər.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış çeşməsi” əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib.    /oxu.az/

Paylaş: