Bz. Noy 17th, 2019

Azərbaycan oftalmoloqlarının toplantısı keçirilib – FOTOLAR

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri ve oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşakar mütəxəssislərlə,alimlərlə birgə görüş keçirildi.

Görüş zamanı AOC-nin sədri Prof. Elmar Qasımov, cəmiyyətin sədr müavini t.ü.f.d Yazgül Abdiyeva, T.ü.e.d Hicran Namazova, Prof. Paşa Qəlbinur, Prof. Çingiz Cərullazadə, Prof. Rasim Hacıyev, Prof. Kərəm Kərəmov, Dr. Xəlil Hüseynov, Dr. Tural Qəlbinur, Dr.Ceyhun Nezerli,Dr. Anar Quliyev, Dr. Müşfiq Kərimov və Dr. Emin Əlihüseynli cəmiyyətə üzvlük, oftalmoloji təhsilin artırılması, oftalmologiyada həkim etikası və deontologiya, beynəlxalq əlaqələr mövzusunda bir sıra fikir və təkliflər irəli sürərək, cəmiyyətin gələcək fəaliyyətində həyata keçiriləcək planları müzakirə etdilər.

Cəmiyyətin sədri Prof. Elmar Qasımov Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin hər bir oftalmoloqun çəkinmədən müraciət edə biləcəyi və təşkilatın əsas amalının Azərbaycan oftalmologiyasının, həmçinin ölkəmizin oftalmoloqlarının peşəkar inkişafına yardım edəcək bir təşkilat kimi görmək istədiyini vurğuladı.

Əgər Azərbaycan Oftalmoloqlar Cəmiyyətinə üzv olmaq, eləcə də cəmiyyətin təşkil etdiyi tədbirlər və yeniliklər barədə məlumatlı olmaq və ya hər hansı sual ilə müraciət etmək üçün oftalmoloqlarcemiyyeti@gmail.com
ünvanına yaza bilərsiniz.

Paylaş: