Ç. Noy 20th, 2019

Kürd terrorçuları ABŞ-ı təhdid etdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyada, Fərat çayının şərqində anti-terror əməliyyatı davam edir.

Turkustan.info xəbər verir ki, uğurlu əməliyyat nəticəsində terrorçuların mövqelərinə zərbə vurulub. Bu günə qədər 480 PKK/PYD terrorçusu məhv edilib. Küncə sıxışdırılan terrorçular beynəlxalq dəstək axtarışına çıxıblar. CNN International-ın məlumatına görə, kürd terrorçuları ilə ABŞ nümayəndələri arasında gizli görüş keçirilib.  Görüşdə  PKK/YPG/PYD terrorçuları ABŞ-ı onların maraqlarını satmaqda ittiham edib. “Bizi satdınız. Bu hərəkət etik deyil. Bizə yardım etməsəniz, Türkiyəyə qarşı mübarizə aparmaq üçün Rusiyadan dəstək istəyəcəyik”-terrorçular belə deyib.   /Cebhe.info/

Paylaş: