Ç. Noy 13th, 2019

“Barış Pınarı” niyə “tərcümə” edilir? – İRAD

“Barış Pınarı”mı, “Sülh çeşməsi”mi? Əlbəttə ki, “Barış Pınarı”! Baxıram, bizim media, ictimai-siyasi xadimlər Türkiyənin bu möhtəşəm barış əməliyyatının adını dərhal “tərcümə” ediblər. Nə zərurət vardı buna?”

Turkustan.info xəbər verir ki, bu iradla Mətbuat Şurasının komissiya sədri, İctimai TV-nin Yayım Şurasının üzvü Azər Həsrət çıxış edib.

A.Həsrət “Necə olur ki, bir ingilisin sözünü, rusun sözünü tərcümə etməyə gərək duymursunuz, amma Türkiyənin bir əməliyyata verdiyi adı ildırım sürətilə “tərcümə” edirsiniz?” – deyə sual edib: ” Doğrudanmı türkün sözü rusun, ingilisin, fransızın sözündən daha az anlaşılandır Azərbaycan xalqı üçün? Bu “tərcümə”nin arxasında kim və hansı niyyət durur? Niyə belə özümüzə qənim kəsilirik, hə? Yaxud türkcədən türkcəyə “tərcümə” etmək üçün niyə bəzi adamlar bu qədər çevik davranırlar?”.

A.Həsrətin irad tutduğu digər məsələ isə Türk Keneşinin “Türk Şurası” adlandırılması haqdadır: “Bu qurumun rəsmi adı Türk Keneşidir. Niyə axı bunu ərəb dilinə çevirərək təqdim edirik biz? Azərbaycanın da razılığı ilə qurumun adı Türk Keneşi olaraq qəbul edilib. Yəni bizim dövlətimiz belə qəbul edib. O zaman zəhmət çəkin, Türk Keneşi yazın, deyin”.

Paylaş: